2025-ci il açıqçasının mövzusu Red Bull şirkətindəki bütün vəzifələrindən uzaqlaşdırılan Kristian Hornerin istefasına həsr olunub. Kartın arxa tərəfində isə Berniyə xas yumorla yazılmış ənənəvi yeni il mesajı yer alıb.
Berni yazır: “Bu il Formula 1-in 75 yaşı tamam oldu. Dünyada saysız-hesabsız dəyişikliklərə, Formula 1-də isə bir neçəsinə şahidlik etdim. Kristianla yolların ayrılmasından tutmuş, yaddaşıma görə indiyədək gördüyüm ən yaxşı sürücü olan Maksın yenidən mübarizəyə qayıtmasına qədər.
McLaren Zekin sayəsində yenidən əvvəlki parlaq günlərinə qayıtdı. Toto ayılıb özünə gəlir, Lyuis isə rəqabətədavamlı olmayan komandada əziyyət çəkir.
Donald Tramp dünyaya rəhbərlik edir və ona çətinlik yaradacaq real rəqib yoxdur, yalnız bəzi cənablar istisna olmaqla, onların isə müəyyən vacib ‘detalları’ çatmır. Əla işdir, Donald.
2026-cı il Formula 1 üçün sakit keçməyəcək, bəşəriyyət də sülh istəyir. Məşğul olduğunuz hər şeyi tez bitirməyinizi məsləhət görürəm, çünki 2025-ci il bitir, sayılı günlər qalıb. Özümə gəlincə, 95 yaşımda və idarəsi çətin olan 5 yaşlı oğlumla bu məsləhətdən yararlanacağım sual altındadır. Amma siz çalışın nə ilə məşğul olursunuzsa olun…”
Bernie Ekklstounun Milad açıqçaları artıq F1 ənənəsinin sabit bir hissəsinə çevrilib.
İllər üzrə mövzular belə olub:
• 2007 – casusluq qalmaqalı
• 2008 – Maks Mosli qalmaqalı
• 2009 – BMW-nin Formula 1-dən gedişi
• 2010 – Red Bull sürücüləri arasında gərginlik
• 2011 – Həmilton–Massa insidentləri
• 2012 – Həmiltonun McLaren-dən Mercedes-ə keçidi
• 2013 – Razılıq Sazişinin imzalanması
• 2014 – Berniyə qarşı məhkəmə prosesləri
• 2015 – Həmiltonun erkən çempionluğu
• 2016 – Meksika Qran Prisi podiumundakı hadisələr
• 2017 – Çeyz Kerinin ABŞ-da bir neçə Qran Pri keçirmək cəhdləri
• 2018 – komanda rəhbərlərinin gizli danışıqları
• 2019 – Sebastyan Fettelə Kanada Qran Prisində verilən cərimə
• 2020 – Berninin ata olması
• 2021 – bərabərlik uğrunda mübarizə
• 2022 – Ditrix Mateşitsin xatirəsinə həsr olunub
• 2023 – ənənəvi yeni il arzuları
• 2024 – xoşbəxtliyə aparan yol barədə Berninin məsləhəti




Şərh əlavə et