Gələn mövsümdən Formula 1 yeni nəsil güc qurğularına keçəcək. Yeni qurğuların əsasını yenə də 1,6 litrlik işçi həcmi olan 6 silindrli V-şəkilli daxiliyanma mühərrikləri təşkil edib, lakin bu dəfə mühərrikin gücü 550–560 kVt-dan 400 kVt-a endirilib. Bunun əvəzində hibrid sistemi olan ERS-in gücü artırılıb və gücü 120 kVt-dan 350 kVt-a yüksəldilib.
2014-cü ildən istifadə olunan qurğulardan əsas fərq ondan ibarətdir ki, yeni nəsil güc qurğularında MGU-H generatoru olmayacaq.
Bundan başqa, 2026-cı ildən etibarən daxiliyanma mühərrikləri yalnız tamamilə bərpa olunan mənbələrdən əldə olunan sintetik yanacaqla işləyə biləcək.
Güc qurğularının istehsalçıları bir neçə il ərzində layihələri üzərində işləyib və bu gün Honda (Aston Martin komandasının yeni tədarükçüsü) 2026-cı il mühərrikinin səsini əks etdirən qısa video təqdim edib. Şirkətin mətbuat xidməti bu paylaşıma “Erkən Yeni il hədiyyəsi” adını verib.




Şərh əlavə et