Xəbəri Kokpitdə Oxuyun!

F1 lüğəti tərtib ediləcək

2026-cı ildə texniki reqlament dəyişdikdən sonra Formula 1-də bir çox yeni terminlər ortaya çıxacaq. Məsələn, DRS sistemi artıq olmayacaq, lakin onun yeni adı ilə bağlı vəziyyət tam da aydın deyil. Belə ki, indiyədək bir neçə müxtəlif variant işlədilib.

Bu qarışıqlığa son qoymaq məqsədilə FIA terminologiyanı sadələşdirmək və jurnalistlərin, şərhçilərin, eləcə də azarkeşlərin istifadə edəcəyi vahid lüğət hazırlamaq istəyir.

FIA-nın biroturacaqlı bolidlər üzrə yarış direktoru Nikolas Tombasis: “Bəzi terminləri yenidən gözdən keçirib azarkeşlər üçün daha sadə və başadüşülən hala gətirmək istəyirik. Məqsədimiz odur ki, hər kəs eyni terminologiyadan istifadə etsin: komandalar pilotlarla radio danışıqlarında, şərhçilər reportajlarda, həmçinin həmin terminlər reqlamentdə də öz əksini tapsın.

Hazırda detallara toxunmaq istəmirəm, çünki bu mövzuda bir neçə maraqlı tərəflə birlikdə işləyirik, ancaq məsələ gündəmdədir”.

Hazırlanan terminoloji lüğətin artıq bu il təsdiqə təqdim ediləcəyi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et