Mercedes müştəriləri azaltmaq istəyir

Mercedes müştəriləri azaltmaq istəyir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, müştərilərin sayını azaltmaq istəyir.

Gələn mövsümdə Formula 1-də Mercedes mühərrikləri ilə dörd komanda çıxış edəcək: Baza komandası ilə yanaşı McLaren, Williams və Alpine. Müştəri komandaları ilə müqavilələr 2030-cu ilə qədər qüvvədədir, lakin Toto Volff artıq indidən bildirib ki, onlardan biri və ya ikisi ilə əməkdaşlıq dayandırılacaq.

Toto Volff: “Hazırda bizim mövqeyimiz növbəti illərdə mühərrik verdiyimiz komandaların sayını azaltmaqdır. Bunu Daimler AG-nin Müşahidə Şurasının sədri Ola Källeniusla da müzakirə etmişik.

Mercedes mühərrikləri üçün optimal komanda sayı iki və ya üçdür. Amma bu, gələcək mühərrik reqlamentindən də çox asılı olacaq. Mühərriklər nə qədər sadə olacaq? Daha çox komandaya mühərrik verərək nələri öyrənə biləcəyik?”

Toto Volff vəziyyəti Honda ilə müqayisə edib. 2026-cı ildən sonra Honda yalnız Aston Martin-ə mühərrik verəcək. Məlumata görə, mövsümün ilk mərhələsi üçün Melburna Mercedes 16 güc qurğusu gətirməlidir, Honda isə bunun bir neçəsini hazırlamalıdır.

Toto Volff: “Honda-nın vəziyyətində onlar Avstraliya üçün cəmi dörd-beş mühərrik hazırlamalıdırlar. Bu isə onların istehsal və yoxlama üçün daha çox vaxta sahib olması deməkdir. Bütün bu amilləri nəzərə alsaq, gələcəkdə Mercedes-in dörd müştəri komandası olmayacaq”.

Bunları da oxuyun

Şərh əlavə et