Xəbəri Kokpitdə Oxuyun!

Audi və Paulaner tərəfdaş olublar

Məşhur pivə istehsalçısı Paulaner gələn mövsümdən Formula 1-ə qoşulacaq Audi komandasının rəsmi təchizatçısı olacaq.

Söhbət, təbii ki, yalnız qeyri-alkoqollu pivədən gedir. Bu da Formula 1 və FIA-nın yol təhlükəsizliyinin artırılması istiqamətindəki ümumi mövqeyi ilə üst-üstə düşür.

Audi-nin kommersiya direktoru Stefano Battiston: “Bu tərəfdaşlıq  dünya üzrə bütün avtoidman azarkeşlərini Bavariyaya xas bayram atmosferinə və dostluq mədəniyyətinə bir addım da yaxınlaşdıracaq.

Paulaner və gələcək Audi F1 komandası performansa, ehtirasa və irsimizlə bağlı qürura əsaslanan qalibiyyət mentalitetini bölüşür”.

Rauf Hacıyev

Şərh əlavə et