Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testləri dəyərləndirib

2025-ci il Formula 1 mövsümünün uzun marafonu dünən rəsmi olaraq başa çatıb. Mövsüm 26 fevralda Bəhreyndə keçirilən mövsümöncəsi testlərlə başlayıb və Əbu Dabidə baş tutan yeganə test günü ilə yekunlaşıb.

Həmin sessiyada Pirelli 2026-cı il üçün yeni təkərləri təqdim edib və komandalar onları sınaqdan keçiribıər. Paralel olaraq gənc sürücülərin testləri də baş tutub.

Pirelli Motorsport-un direktoru Mario İzola: “Əbu Dabidə keçirilən testlər bütün komandalar üçün 2026-cı ilin final versiyası olan təkərləri yoxlamaq baxımından əla imkan yaratdı. Onların tərkibi bazar ertəsi rəsmi şəkildə homologasiya olunacaq.

Mövsüm ərzində Pirelli-nin təşkil etdiyi testlərdə komandalar müxtəlif inkişaf mərhələlərində olan prototipləri ayrıca sınaqdan keçiriblər. Yeni karkasdan tutmuş, eyni tərkibin bir neçə variantına qədər. Bu testdə isə onlar ilk dəfə bütün dəstləri bir yerdə alıblar və yeni təkərlərin xarakteristikasını qiymətləndirə biliblər. Mövsüm ərzində istifadə olunan eyni modifikasiya olunmuş test maşınlarından yararlanaraq, komandalar Yas Marinanın məlumatlarını son aylardakı ayrı test günləri ilə müqayisə edə biliblər.

Bu testlər tərkiblər arasındakı fərqləri və aşınma səviyyələrini təsdiqləməyə imkan verib. Bu məsələ ilboyu işimizin əsas diqqət mərkəzində olub. İlişmə səthi daha kiçik olan yeni təkərlərin analizi onların dənlənməyə və həddindən artıq qızmaya nə dərəcədə meylli olduğunu müəyyənləşdirməyə şərait yaradıb. İndi isə yanvarın sonunda Barselonada keçiriləcək testlərdə bu yeni təkərləri yeni nəsil maşınların üzərində görməyi gözləmək qalır”.

Rauf Hacıyev

Şərh əlavə et