Xəbəri Kokpitdə Oxuyun!

Helmut Marko ayrılır?

Sky Sports News-in məlumatına görə Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bu ilin sonunda vəzifəsini tərk edəcək.

Sabiq Formula 1 pilotu və 24 saatlıq Le Man Marafonunun qalibi Red Bull-un gənc sürücülər proqramının yaradılmasında əsas rol oynamış və sərt qərarları ilə tanınmışdı.

82 yaşlı avstriyalının Maks Ferstappenlə çox yaxın münasibətləri var, məhz o, holland sürücünü Formula 1-ə gətirib və ötən il Kristian Hornerə qarşı ittihamlar səbəbindən Ferstappenin gələcəyi sual altında qalanda həlledici rol oynayıb.

Marko Əbu Dabi Qran Prisi zamanı rəhbərliklə məsləhətləşmələrdən sonra gələcəyi ilə bağlı qərar verəcəyini deyib, lakin əksəriyt nəticənin necə olacağına şübhə etmir.

Red Bull-un baş direktoru Oliver Mintslaf Formula 1 komandalarında yenidənqurma işləri aparır və Markonun gedişi bu yeni yanaşmanın bir hissəsidir.

Xatırladaq ki, bu ilin iyul ayında Kristian Horner komanda rəhbərliyi vəzifəsindən qovulmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et