Honda Red Bull-la sağollaşıb

Honda Red Bull-la sağollaşıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Honda şirkəti Əbu-Dabidəki Qran Pridən sonra Red Bull komandalarına göstərilən əməkdaşlığa görə təşəkkür edib və onlarla vidalaşıb. Yapon şirkəti növbəti mövsümdən etibarən Aston Martin üçün mühərrik təchiz edəcək.

Kokpit.az xatırladır ki, yaponiyalı motor istehsalçısı 2018-ci ildən etibarən Racing Bulls komandasını, 2019-cu ildən isə Red Bull komandasını motorla təchiz edib. Tərəflər bu ortaqlıqla 4 dəfə Sürücülər Çempionatında, 2 dəfə isə Mühəndislər Kubokunda çempion olublar.

Koji Vatanabe, Honda Racing Corporation-un prezidenti: “Biz səkkiz il ərzində Red Bull Powertrains və Red Bull-un iki komandası ilə sıx əməkdaşlıq sayəsində Formula 1-in möhtəşəmliyində qalmağımızdan qürur duyuruq.

Honda-nın texnologiyaları və mütəxəssislərinin bu dövr ərzində Red Bull Racing-in qazandığı çoxsaylı qələbələrə və titullara töhfə verməsindən böyük məmnuniyyət duyuruq. Bütün iştirakçılara səmimi təşəkkürümü bildirmək istəyirəm.

Bu təcrübədən istifadə edərək, Honda Racing Corporation avtoidmanın inkişafına və Honda-nın texnoloji innovasiyalarının təşviqinə töhfə verməyə davam edəcək”.

Honda Racing Corporation gələn ildən Aston Martin komandasının güc qurğularının eksklüziv təchizatçısı olacaq.

Bunları da oxuyun

Şərh əlavə et