Xəbəri Kokpitdə Oxuyun!

Gələn il 12 stüard işləyəcək

FIA gələn mövsüm üçün stüardların iş sxemini açıqlayıb.

Məlumata görə, mübahisəli qərarların araşdırılmasında dörd təcrübəli komissiya sədri, Formula 1-in üç keçmiş sürücüsü (bu il bu say dörd idi) və beş FIA stüardı iştirak edəcək. Beləliklə, mövsüm ərzində ümumilikdə 12 stüard işləyəcək.

Onlar bütün qərarların ardıcıllığını təmin etməli, mümkün olduğu hallarda əvvəlki mərhələdə iştirak etmiş stüardı heyətə qatmalı və ya əvvəlki yarışın komissiya sədrilə distant şəkildə əlaqə saxlamalıdırlar.

Hər bir Qran Pridə əvvəlki illərdə olduğu kimi yerli avtomobil federasiyasının nümayəndəsi dördüncü stüard kimi çalışacaq.

Həmçinin qeyd olunub ki, hər bir stüard FIA lisenziyası almalı, hər il təlim və sertifikasiya prosesindən keçməlidir.

Rauf Hacıyev

Şərh əlavə et