Toyota avtoidmanda zəngin tarixə malikdir. Şirkət TGR vasitəsilə müxtəlif seriyalarda çıxış edib, WRC və FIA WEC çempionatlarında təmsil olunub. Bu il tərəflər artıq əməkdaşlığı genişləndiriblər. Belə ki, Toyota tərəfindən dəstəklənən yapon pilotlar Haas F1-in əvvəlki illərə aid maşınlarında (TPC proqramı üzrə) testlərdə iştirak ediblər. 2026-cı ildə bu proqram “TGR Haas gənc sürücülərin inkişaf proqramı” adlandırılacaq.
Komandanın rəhbəri Ayo Komatsu deyib: “TGR ilə əlaqələrimizi titul tərəfdaşlığı səviyyəsinə qaldırmaq bizim üçün böyük şərəfdir. İndiyədək əməkdaşlığımız bütün gözləntilərimizi doğruldub, bunu TPC testlərində əldə edilən uğurlar da sübut edib. Lakin arxa planda daha böyük işlər görülüb. O cümlədən 2026-cı il üçün Banberidəki mərkəzimizdə yeni simulyatorun hazırlanması və quraşdırılması…
Haas F1 və TGR-in birlikdə həyata keçirdiyi heyət hazırlığı proqramı bizə böyük fayda verib və tərəfdaşlıq dərinləşdikcə bu fayda daha da artacaq. Gənc sürücülərin hazırlığı proqramı daxil olmaqla, bu əməkdaşlığı genişləndirməyə görə çox sevinirik”.
Toyota Motor Corporation-ın rəhbəri Аkio Toyoda isə bildirib: “2025-ci il mövsümü boyunca gənc TGR sürücülərinin və mühəndislərinin öz potensialına inanmağa başlayıb daha iddialı hədəflər qoyduqlarını görmüşəm. Bu dəyişimi izləmək məni həqiqətən təsirləndirib. Gənclərimizə dəstək olduqları, onların potensialına inandıqları və eyni ehtirasla gələcəyə baxdıqları üçün Cin Haas və Ayoya səmimi təşəkkürümü bildirirəm.
İndi növbəti nəslin dünya səhnəsində ilk addımlarını atmağın vaxtı çatıb. Cin Haas, Ayo və TGR Haas F1 komandasının bütün üzvləri ilə birlikdə biz gələcəyin komandasını və mədəniyyətini formalaşdıracağıq. Toyota artıq həqiqətən irəliyə doğru addımlayır”.



Şərh əlavə et