Mövsümün ən həyəcanlı şəhər yarışlarından biri – Azərbaycan Qran Prisi üçün bilet satışına başlanıb. Biletləri www.bakucitycircuit.com rəsmi vebsəhifəsindən əldə edə bilərsiniz. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 faiz güzəştlə biletlər əldə etmək mümkündür. Bu fürsət yalnız dekabrın 15-dək davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.
Qeyd edək ki, Formula 1 üzrə 2026-cı il mövsümünün Azərbaycan Qran Prisi 24-26 sentyabr tarixlərində baş tutacaq.




Şərh əlavə et