Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin təqdimat tarixini açıqlayıb

Aston Martin komandası yeni bolidin təqdimat tarixini açıqlayıb.

Adrian Nyui tərəfindən hazırlanmış AMR26 fevralın 9-da, bazar ertəsi günü ictimaiyyətə təqdim olunacaq. Təqdimat yanvarın sonunda Barselonada keçiriləcək xüsusi testlərdən sonra və mövsümün ilk rəsmi Bəhreyn testlərindən əvvəl baş tutacaq.

Aston Martin-in yeni maşınının debütü komandaların hazırlıq prosesinin ən qızğın dövrünə təsadüf edib. Bolidin əsas xüsusiyyətləri və konseptdəki dəyişikliklərin detalları təqdimat zamanı açıqlanacağı bildirilib.

Rauf Hacıyev

Şərh əlavə et