Məlumat komanda rəhbəri və baş icraçı direktor Loran Mekis tərəfindən təsdiqlənib.
Komanda normalda pilotlarla bağlı son qərarını noyabrın sonunda verməyi planlaşdırırdı, lakin Racing Bulls-un heyətindəki son boş yer yenidən dəyərləndirildiyi üçün açıqlama tarixini geri çəkilib.
Əsas komandaya keçid üçün ən real namizədin Ayzek Hacar olduğu bildirilir. Alınsa o, Maks Ferstappen ilə birlikdə Red Bull-da yarışacaq. Racing Bulls-da Hacarın əvəzinə isə Red Bull gənclər proqramının üzvü Arvid Lindbladın gələcəyi gözlənilir.
Bu ssenaridə Racing Bulls-un ikinci bolidindəki son yer üçün iki namizəd qalıb: Liam Louson və ya Yuki Tsunoda.
Qətər Qran Prisindən sonra danışan Mekis komandaların pilot heyətlərinin çərşənbə axşamı elan olunacağını yenidən vurğulayıb: “Deyə biləcəyim yeganə şey budur: plana sadiq qalıb çərşənbə axşamı pilot heyətlərimizi açıqlayacağıq. Əminik ki, bu, Abu-Dabi üçün diqqətləri yayındırmayacaq”.
Ferstappenin çempionluq şansları isə hələ də canlı qalır. Sürücülər Çempionatında hazırkı vəziyyət belədir:
- Lando Norris – 408 xal
- Maks Ferstappen – 396 xal
- Oskar Piastri – 392 xal
Əbu-Dabidə Ferstappenin çempion olması üçün şərt sadədir: qələbə qazanmalı, üstəlik, Norris ən yaxşı halda dördüncü olmalıdır..
Belə olan halda Yuki Tsunodanın Əbu Dabidə göstərəcəyi performans titulun taleyinə təsir edə bilər.
Mekis bu mövsüm Yuki Tsunodanın komandaya verə biləcəyi dəstəyin vacibliyini xüsusi vurğulayıb: “Ən xırda detallar belə həlledici ola bilər. Ona görə də Yukinin 100 faizlik performansı kritikdir ola bilər.
Yuki Qətərdə güclü həftəsonu keçirdi. Cümə günü də, sprintdə də sürətli idi. Sprinti beşinci bitirdi. Düzdür, sonra sıralanma turunun ilk sessiyasında ələndi, amma Maksdan cəmi 0.3 saniyə geridə qalmışdı. Ferstappenə bu qədər yaxın olmaq hər sürücünü sevindirər”.




Şərh əlavə et