Hələlik rəsmi detallar açıqlanmayıb, lakin nəşrin məlumatına görə, Sutil dələduzluq və vəsait mənimsəmə ittihamları üzrə beynəlxalq əməliyyat çərçivəsində saxlanılıb. İstintaq prosesi irəlilədikcə, həbsin şərtləri və irəli sürülən ittihamlarla bağlı daha çox məlumatın ortaya çıxacağı gözlənilir.
Adrian Sutil Formula 1-də 2007–2014-cü illərdə Spyker, Force India və Sauber komandalarında çıxış edib. Karyerası ərzində 124 xal toplayıb, ən yaxşı nəticəsi isə 2009-cu il İtaliya Qran Prisində dördüncü yer olub.
Bu, Sutilin qanunla ilk problemi olmayıb. 2011-ci ildə Şanxayda gecə klublarından birində dava zamanı Lotus komandasının rəhbəri Erik Lyuksu şampan stəkanı ilə yaralamışdı. Daha sonra Sutil ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinərək 18 ay şərti cəza və pul cəriməsinə məhkum edilmişdi.

Şərh əlavə et