Təkərlərin konstruksiyası artıq 1 sentyabrda təsdiqlənib, bu zaman aktiv aerodinamikaya keçidin təsiri nəzərə alınaraq oxlar arasındakı balans ətraflı qiymətləndirilib. Yeni tərkiblər komandaların təqdim etdiyi məlumatlar əsasında hazırlanıb, simulyasiyalar isə 2026-cı ilin sonuna doğru gözlənilən yüklər və sürətlər nəzərə alınaraq aparılıb.
Model şinlər növbəti nəsil texnikanın xüsusiyyətlərini təqlid edən modifikasiya olunmuş maşınlarda tras testlərindən keçirilib. Bu prosesi çətinləşdirən məqam 2026-cı il maşınlarının daha dar 18 düymlük təkərlər üçün hazırlanması olub – real 2026 maşınlarında test aparmaq mümkün olmayıb.
Quru hava üçün xətt beş tərkibdən ibarət olacaq – ən sərt C1-dən ən yumşaq C5-ə qədər. Tərkiblərin traslar üzrə daha geniş strategiya seçiminə imkan verməsi üçün dövrə vaxtında sabit və kifayət qədər böyük fərq təmin olunmasına xüsusi diqqət yetirilib.
Bu mövsüm istifadə olunan ən yumşaq C6 tərkibi isə rəsmi seçimdə olmayacaq. Son testlərdə C5 və C6 arasındakı dövrə vaxtı fərqinin çox kiçik olduğu üzə çıxıb və C6 heç bir əlavə üstünlük vermədiyi üçün bu tərkibdən imtina edilib.
Homologasiyadan əvvəl yeni təkərlər 9 dekabrda Əbu-Dabidə keçiriləcək bir günlük qrup testlərində istifadə olunacaq. Komandalar C2–C5 quru və yağış üçün keçid təkərlərini alacaqlat. C1 və güclü yağış təkərləri testlərdə təqdim olunmayacaq.
Testlərdə cari əsas pilotlar modifikasiya olunmuş test maşınlarında iştirak edəcək, elə həmin gün gənc pilotlar isə 2025-ci il maşınlarını əsas tərkiblərlə sürəcəklər.




Şərh əlavə et