Xəbəri Kokpitdə Oxuyun!

Ferrari F1-in ən dəyərlisidir

Hər mövsümün sonunda Sportico nəşri Formula 1 komandalarının bazar dəyərini yenidən qiymətləndirir.

Keçən illə müqayisədə yalnız McLaren mövqeyini dəyişib. Bunun səbəbi ötən mövsümdə qazandığı yüksək mükafat pulları olub. Digər komandalar da dəyər baxımından irəliləsələr də, sıralamadakı yerləri dəyişməz olaraq.

Reytinqə görə, Ferrari-nin dəyəri 6,4 milyard dollara yüksəlib – müqayisə üçün, bu məbləğ Madrid “Real”ının dəyərinə yaxındır.

Sportico-nun müəllifləri bildiriblər ki, məlumatları bir neçə mənbə ilə tutuşdurub təsdiqləyiblər və bəzi komandalar da rəqəmləri təsdiq ediblər.

Ümumi komanda dəyəri artıq 23 milyard dolları keçib və gələn il Audi və Cadillac layihələrinin qoşulması ilə bu rəqəmin daha da artacağı gözlənilir.

• Ferrari

2025: 6,4 milyard dollar

2024: 4,78 milyard dollar

• Mercedes

2025: 5,88 milyard dollar

2024: 3,94 milyard dollar

• McLaren

2025: 4,73 milyard dollar

2024: 2,65 milyard dollar

• Red Bull Racing

2025: 4,2 milyard dollar

2024: 3,5 milyard dollar

• Aston Martin

2025: 3 milyard dollar

2024: 2,07 milyard dollar

• Alpine

2025: 2,14 milyard dollar

2024: 1,5 milyard dollar

• Williams

2025: 2,08 milyard dollar

2024: 1,24 milyard dollar

• RB (Visa Cash App RB)

2025: 2,05 milyard dollar

2024: 1,22 milyard dollar

• Sauber

2025: 1,88 milyard dollar

2024: 1,2 milyard dollar

• Haas

2025: 1,68 milyard dollar

2024: 1,02 milyard dollar

Rauf Hacıyev

Şərh əlavə et