Bu gün isə açıqlanıb ki, məşhur UNO kart oyunu Formula 1 ünsürləri olan xüsusi buraxılış alıb. Bu, Formula 1 ilə Mattel arasında il ərzində ikinci böyük layihə olub. Qeyd edək ki, bundan əvvəl Hot Wheels model maşınlarının rəsmi F1 seriyası təqdim olunmuşdu.
Formula 1 üçün hazırlanan UNO Elite başlanğıc dəstinə 100-dən çox kart daxil edilib. Fərqli variasiyaları da nəzərə alınsa, kolleksiyaçıların 1000-dən çox unikal kart toplamaq imkanı olacaq. İlk partiya dekabrın ortasında satışa çıxarılacaq, geniş buraxılış isə 2026-cı ildə başlayacaq.
F1-in kommersiya direktoru Emili Preyzer layihəni belə şərh edib: “UNO dünyanın ən populyar oyunlarından biridir və insanları bir araya gətirir. UNO Elite Formula 1 dəstinin satışa çıxması Mattel ilə əməkdaşlığımızın daha bir təsirli nümunəsidir”.
Onun sözlərinə görə, Formula 1 azarkeşlərlə yeni və innovativ məkanlarda görüşməyi hədəfləyir: “İstəyirəm ki, oyunçular Formula 1-in rəqabət ruhunu, dramatizmini və həyəcanını bu ikonik oyuna daşısınlar”.




Şərh əlavə et