Z.Braun: Komandada problem yoxdur

Z.Braun: Komandada problem yoxdur
SINGAPORE, SINGAPORE - OCTOBER 05: Lando Norris of Great Britain and McLaren Oscar Piastri of Australia and McLaren and the McLaren team celebrate after winning the Constructors Championship during the F1 Grand Prix of Singapore at Marina Bay Street Circuit on October 05, 2025 in Singapore, Singapore. (Photo by Steven Tee/LAT Images)
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren rəhbərliyi komanda daxilində normal atmosferi qorumaq üçün bütün mümkün addımları atıb.

Zek Braun High Performance podkastında çıxış edərkən bildirib ki, komanda Lando Norrislə Oskar Piastri arasında gərginliyin yaranmasının qarşısını almağı bacarıb. Düzdür, mövsüm ərzində onların maşınları arasında insidentlər yaşanıb.

Amerikalı rəhbərin sözlərinə görə, McLaren-də iki sürücü arasında heç vaxt real konflikt olmayıb: “Onların arasında heç vaxt gərginlik olmayıb, bunu dəqiq deyirəm. Siz də bilirsiniz, bəzən otağa girəndə havadakı o “gərginlik hissi” dərhal duyulurz Bax, belə hal heç vaxt olmayıb. Hətta trasda aralarında kontaktlar olanda ya da Andreea Stellanın verdiyi tapşırıqları tam dəqiq yerinə yetirməyəndə belə, heç biri digərini günahlandırmayıb. Heç vaxt ‘Hər şey Lando üzündəndir!’ və ya ‘Buna Oskar səbəb olub!’ kimi sözlər işlədilməyib”.

Braun deyib ki, sürücülərin narazılıqları olanda bu, əsasən rəhbərliyə yönəlib, çünki komanda həmişə balansı qorumağa çalışıb. Onun fikrincə, hər iki sürücünün bəzən komandanın qərarlarından narazı qalması, əslində, proseslərin ədalətli aparıldığını göstərib: “Biz istəyirik ki, titul taleyi trasda həll olunsun, insidentlərlə yox. Düşünürəm ki, bu məsələdə şanslıyıq, çünki bizim düzgün xarakterlərə malik sürücülərimiz var. Açığı, başqa pilotlarla bunun öhdəsindən eyni dərəcədə gələ biləcəyimizə əmin deyiləm”.

O vurğulayıb ki, McLaren yeni sürücünü komandaya dəvət etməzdən əvvəl onun xarakterinə və komandanın düşüncə tərzinə uyğunlaşıb-uyğunlaşmayacağına ciddi diqqət yetirib. Komanda daxilində bütün mühüm məsələlər açıq müzakirə olunub və daim şəffaf informasiya mübadiləsi aparılıb.

Mövsümün sonuna üç yarış qalmış:

  • Lando Norris çempionata liderlik edir,
  • Oskar Piastri ondan 24 xal geri qalır,
  • Piastri isə öz növbəsində Maks Verstappenə 25 xal fərqlə üstünlük qazanıb – halbuki holland sürücü mövsümün bu mərhələsində çox güclü çıxış edib və ən azı ikinci yer uğrunda real mübarizə aparıb.

Bunları da oxuyun

Şərh əlavə et