Xəbəri Kokpitdə Oxuyun!

Audi emosional debüt hədəfləyir

Avtoidmanda onilliklər ərzində formalaşmış və inkişaf etmiş xüsusi bir estetika var və komandaların maşınlarının necə göründükləri son dərəcə önəmlidir. Çünki bu, tamaşaçının rəyinə təsir edir və dolayısı ilə həm ictimai münasibəti, həm də bəlkə də azarkeş ordusunun sayını müəyyən edən amillərdən birinə çevrilir.

Audi bunu çox yaxşı anlayır. Ona görə də Formula 1 üçün hazırlanan yeni maşının dizaynına xüsusi diqqət yetirilir. Bu işə şəxsən şirkətin bir qədər qeyri-adi səslənən vəzifə sahibi — “Baş yaradıcılıq direktoru” — Mas­simo Fraskella rəhbərlik edir. Bu, əslində onun Audi-nin baş dizayneri olduğu anlamına gəlir və markanın yollardakı avtomobillərinin digər brendlərlə qarışdırılmasının çətin olmasının səbəbi də budur. Eyni yanaşma indi Audi-nin Formula 1 layihəsində də tətbiq olunur.

“Maşının ön hissəsini, gümüş-magnezium rənginə boyanmış sahəni arxa hissədən ayıran aydın şaquli xətt var. Arxa hissənin dizaynında Audi-yə məxsus xüsusi qırmızı çalar istifadə edilib, – Fraskellanı Gazzetta dello Sport sitat gətirir. – Bu bölgənin yan səthləri qara rəngdədir və onlara karbon lifinin toxuması verilib. Biz istəyirik ki, R26 çempionatdakı bütün maşınlar arasında ən parlaq təsiri bağışlasın.

Biz trasdan kənarda da ən cəsarətli brend olmaq iddiasındayıq. Məqsədimiz müəyyən mədəni effekt yaratmaq, cəsarət və zəriflik hissi oyadan emosional qəbul formalaşdırmaqdır. Formula 1 ilk növbədə sürətlə assosiasiya olunur. Məhz buna görə biz buradayıq”.

Rauf Hacıyev

Şərh əlavə et