Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Ötmələr artacaq

Mercedes komandasının sürücüsü Corc Rassell hesab edir ki, 2026-cı ildə əvvəllər mümkünsüz sayılan zonalarda ötmələr görmək mümkün olacaq.

Kokpit.az xatırladır ki, gələn ildən Formula 1-in texniki reqlamentində kökle dəyişikliklər olacaq. Bununla da ötmələrin artırılması hədəflənir.

Corc Rassell: “Komandamızın əməkdaşlarının 95 faizi artıq 2026-cı ilin bolidi üzərində çalışır, lakin trasda işləyən heyət sözün əsl mənasında son döyüşçülərdir. Onların diqqəti hələ də builki maşının üzərindədir.

Hazırda bütün fokus 2026-cı ilin bolidinə yönəlib. Simulyatorda işləyəndə, demək olar ki, yalnız həmin maşınla məşğul oluram.

Düşünürəm ki, gələn il daha çox ötmə görəcəyik, amma bu ötmələe elə zonalarda baş verəcək ki, indiyə qədər oralarda heç vaxt ötmə mümkün olmayıb. Əgər sürücünün batareyası boşalırsa, rəqibin isə eyni hissədə daha çox enerjisi varsa, o, qəfil hücum edib elə bir döngədə önə keçə bilər, hansı ki, əvvəllər orada ötmə real görünmürdü”.

Rauf Hacıyev

Şərh əlavə et