Kokpit.az xatırladır ki, Ferrari-nin WEC komandası həm Sürücülər Çempionatının, həm də Mühəndislər Kubokunun qalibi olub. Lakin Formula 1 komandasında işlər heç də yaxşı getmir. Belə ki, Braziliya Qran Prisidən həm Şarl Lekler, həm də Lyuis Həmilton mübarizəni vaxtından əvvəl dayandırıblar. Yekunda “qırmızılar” Mühəndislər Kubokunda ikinci yerdən dördüncü yerə geriləyiblər.
Con Elkan: “Keçən həftəsonu biz Bəhreyndə Dözümlülük yarışı üzrə dünya çempionatını qazandıq. Bu qələbə həm bizə, həm də mühəndislərə inanılmaz hisslər yaşatdı. Ferrari bir yumruq kimi birləşəndə, hamı eyni hədəfə fokuslananda böyük nailiyyətlər qazanmaq mümkündür. Bu yarış bunu bir daha sübut etdi.
Braziliya Qran Prisi isə böyük məyusluq gətirdi. Bizim mexaniklər pit-stoplarda ən sürətli, mühəndislərimiz isə maşını açıq şəkildə irəli aparıblar, amma hər şey ümumilikdə Ferrari standartlarına uyğun deyil. Pilotlarımız daha çox idarəetməyə, daha az danışmağa diqqət etməlidirlər.
Qarşıda hələ vacib yarışlar var və Mühəndislər Kubokunda ikinci yeri qazanmaq tamamilə realdır. Bəhreyndə olduğu kimi, bir daha sübut etməliyik ki, Ferrari bir komanda kimi hərəkət edəndə biz qalib gəlirik”.




Şərh əlavə et