Audi 2026-cı ildə Formula 1-də debütə hazırlaşmağa davam edir. Komandanın rəsmi saytında artıq maşının konsept təqdimatına qədər qalan vaxtı göstərən geri sayım yerləşdirilib.
Söhbət hələ 2026-cı il bolidinin tam təqdimatından getmir. Tədbirdə çox güman ki, komanda gələn mövsümdə Niko Hülkenberq və Qabriel Bortolettonun idarə edəcəyi maşının rəng çalarını və dizayn konseptini göstərəcək.
Konsept təqdimatı 13 noyabr tarixində baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.




Şərh əlavə et