Aston Martin vacib transfer edib

Aston Martin vacib transfer edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandası Ferrari-nin tanınmış mühəndislərindən Marko Fainellonu texniki məsləhətçi qismində heyətinə daxil edib. Fainello xüsusilə simulyasiya sistemləri və süni intellekt sahəsindəki bilik və təcrübəsi ilə tanınıb.

Britaniya komandası Formula 1-də zirvəyə oynamaq məqsədilə daha bir vacib addım atıb. Silverstoundakı bazada fəaliyyət göstərən komanda, Ferrari-nin “Şumaxer dövründəki” texniki üstünlüyünün memarlarından biri hesab edilən 61 yaşlı italiyalı mühəndisi heyətinə cəlb edib.

Fainellonun transferi qısa müddət əvvəl Ferrari-dən Aston Martin-ə keçən Enriko Kardilenin birbaşa tövsiyəsi ilə reallaşıb.

Fainello Ferrari-yə 1995-ci ildə qoşulmuş, iki il sonra avtomobil dinamikası şöbəsinin rəhbəri vəzifəsinə yüksəlmiş və Şumaxer dövründə komandanın texniki üstünlüyünə böyük töhfə vermişdi. 2004-cü ildə Ferrari-nin ilk sürüş simulyatorunun yaradılmasına rəhbərlik etmiş, daha sonra Performans İnkişafı Departamentinin başına keçmişdi. Həmçinin Ferrari-nin yol avtomobillərində istifadə olunan Yan Sürüşə Nəzarət Sistemi (SSC) texnologiyasının müəllifi kimi də tanınıb.

Maranellodan 2016-cı ildə ayrılan mühəndis, o vaxtdan bəri irəli mühəndislik və süni intellekt layihələrinə fokuslanıb.

İndi isə Fainello karyerasına yeni istiqamət verərək Aston Martin-in Formula 1 layihəsində mühüm rol oynamağa hazırlaşır. Bu dəyişiklik onun şəxsi həyatına da təsir edib. Belə ki, Qarda gölü sahilində yaşayan italiyalı mühəndis artıq vaxtının daha çox hissəsini Aston Martin Texnologiya Düşərgəsindəki işlərə sərf edəcək.

Adrian Nyuinin 2026-cı il bolidi üzərində çalışdığı bir vaxtda Fainellonun gəlişi, Aston Martin-in Formula 1-də çempionluq uğrunda real rəqabət aparmaq hədəfini bir addım da irəli aparıb.

Bunları da oxuyun

Şərh əlavə et