2026-cı ildə komanda yeni loqotip ilə çıxış edəcək. Yeni dizayn birbaşa olaraq komandanın mütəmadi olaraq yarışlar və çempionluqlar qazandığı dövrləri xatırladır. Bundan əlavə, rəsmi adından Racing sözü çıxarılıb və komanda artıq Atlassian Williams F1 Team adlanacaq, təbii ki, titul sponsoru Atlassianın şərəfinə.
Williams-ın 1977-ci ildən istifadə etdiyi və komandanın doqquz Mühəndislər Kubokunu qazandığı mövsümlərdə maşınlarını bəzəmiş məşhur loqotip yenidən işlənib və müasir formaya salınıb. Rəsmi açıqlamada vurğulanır ki, yeni loqotip “Williams-ın yeni dövrdə öz əvvəlki gücünü və iradəsini bərpa etmək niyyətini” simvolizə edir.
Komanda artıq düzgün trayektoriyadadır. Onlar sürətlə inkişaf edirlər və 2025-ci ildə 20 yarışdan sonra 111 xal toplayaraq Mühəndislər Kubokunda 5-ci yeri tuturlar. Bu, son yeddi mövsümdə qazandığı ümumi xallardan belə çoxdur.
Ceyms Vavlz, komandanın rəhbəri: “Gələn ildən komandanın Williams F1 Team adlanacağına və maşınlarımızda qurucumuz ser Frenk Vilyamsın irsini əks etdirən loqonun yer almasına görə fəxr edirik.
Bizim üçün keçmiş böyük bir ilham mənbəyidir, amma bizi gələcək motivasiya edir. Williams tarixinə yeni qələbələr yazmaq istəyirik.
Yeni loqotip həm köklərimizi, həm də məqsədlərimizi göstərir, həmçinin yeni nəsil Formula 1 azarkeşlərinə bizim parlaq keçmişimizi və komandanın necə bir əfsanəyə çevrildiyini xatırladır”.




Şərh əlavə et