Kokpit.az xatırladır ki, Bakıdakı yarış zamanı çempionatda lider olan Oskar Piastri ilk dövrədə etdiyi səhvlə baryerlərə çırpılıb. Bu isə ondan 31 xal geri olan Norris üçün böyük bir fürsət demək idi.
Lakin gərgin keçən yarışda Norris yeddincilikdən irəli getməniş və Piastri ilə fərqi cəmi 6 xal azalda bilmişdi
Həmin gündən bəri Norris hər yarışda komanda yoldaşından daha çox xal toplayıb və ötən həftə Meksikadakı Rodriqes Qardaşları trasında qazandığı inamlı qələbə ilə aprel ayından sonra ilk dəfə çempionatda liderliyi ələ keçirib.
Jak Vilnöv: “Meksika Qran Prisi onun üçün bir mesaj idi. Bu, Maks Ferstappendən görməyə alışdığımız bir həftəsonu idi.
Keçən il də Landonun Maksla mübarizə apararkən belə çıxışlar etdiyini bir az görmüşdük. Məncə, onun üçün dönüş nöqtəsi Bakı oldu. Həmin həftəsonuna reaksiya verə bilməməsi, Oskarın pis günündən yararlana bilməməsi…
Bu hadisə sanki onun üzünə soyuq su kimi çırpıldı və o, bundan sonra daha güclü şəkildə geri qayıtdı. Sanki yenidən Maksla döyüşürmüş kimi oldu.
Hazırda o, doğrudan da əla formada çıxış edir. Sinqapurda bir addım atdı, Ostində bir addım daha, Meksikada isə möhtəşəm oldu. Bir pilot bu ritmə düşəndə, onu məğlub etmək çox çətin olur”.




Şərh əlavə et