Xəbəri Kokpitdə Oxuyun!

Yaqub Əliyev bu gün Ferrari Seriyasında Regional Finala çıxır

Bu gün Ferrari HP Esports Series-in Regional Final mərhələsi keçiriləcək. Bu yarış bizim üçün əlamətdardır.

Kokpit.az bildirir ki, Ferrari HP Esports Series-in Regional Final mərhələsində tarixdə ilk dəfə olaraq Azərbaycanlı pilot çıxış edəcək. Təmsilçimiz Yaqub Əliyev bundan öncə də Beynalxalq təsnifat mərhələsində Asiya Regionunda çıxış edərək, yüksək 7-ci yeri tutmuş və birbaşa Regional Final mərhələsinə keçid etmişdi.

Final yarış Baki vaxtı ilə 13:45 Ferrari-in rəsmi YouTube Səhifəsində yayımlanacaq. Təmsilçimiz ağ maşın ilə və 19 nömrə altında çıxış edəcək. Yaqub bu yarışı qazanacağı halda Əbu Dabidə keçiriləcək əsas finalda iştirak etmə haqqı qazanacaq.

Qeyd edək ki, 22 yaşlı Yaqub dəfələrlə ölkəmizi beynəlxalq simulyator yarışlarında təmsil edib və çoxlu uğurlar qazanıb.

Belə ki, Yaqub Əliyev 2020-ci ildə 274-dən çox iştirakçının qatıldığı Toyota Gazoo Racing GT86 zaman yarışının qalibi olub. 2021-ci ildə keçirilən FIA Gran Turismo SPORT Nation & Manufacture Cup yarışında MDB üzrə 1-ci nəticə qazanıb

2021-ci ildə DTF AVTOSPORT-un Gran Turismo SPORT platformasında keçirdiyi çempionatda çempionluq eldə edib.

Yaqub Əliyev 2024-cü ildə İspaniyanın Valensiya şəhərində təşkil edilən FİA Motorport Games-də iştirak edib. O, ESport kateqoriyasında çıxış edib və 100 yarışçı arasında Top 30-a daxil olub.

Sonda qeyd edək ki, Kokpit.az saytının komandası qarşıdan gələn yarışda pilotumuza uğurlar arzu edir.

Rauf Hacıyev

Şərh əlavə et