Ostində qazandığı qələbə Maks Ferstappenin əhvalını qaldırmaqla yanaşı, Red Bull komandasının məsləhətçisi Helmut Markonu da xeyli sevindirib. Marko bildirib ki, mövsümün sonunadək komandada maşını daha da sürətli edəcək texniki yeniliklər tətbiq olunacaq.
Helmut Marko: “Hazırda komandada doğrudan da çox yaxşı ab-hava yaranıb. Amma etiraf etməliyəm ki, bu yarışda Şarl Lekler işimizi bir qədər asanlaşdırdı.
Artıq McLaren ilə mübarizə əvvəlki qədər sadə olmayacaq. Bu həftəsonu Oskar Piastri üçün də vəziyyət adət etdiyindən çətin idi. Ümid edirəm ki, bu belə davam edəcək.
Mövsümün sonuna qədər elə bir tras yoxdur ki, orada rəqabət baxımından çətinlik çəkək. Maşın sürətli olduqda isə fərq yaradan amil məhz Maks olur. Üstəlik, komandada hələ bəzi texniki yeniliklər planlaşdırılıb, ancaq onların dəqiq nə vaxt tətbiq olunacağını bilmirəm”.




Şərh əlavə et