O.Piastri: Bakı bizə dərs oldu

O.Piastri: Bakı bizə dərs oldu
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oscar Piastei bildirib ki, Azərbaycan Qran Prisi onlara dərs olub.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü  Bakıda qəza etmiş və xal qazana bilməmişdi, lakin o, Sinqapurda vəziyyəti bərpa etməyə ümid edir…

Oskar Piastri: “O yarışda kimin qalib gəlməsindən asılı olmayaraq, biz artıq Bakıdakı kimi həftəsonları istəmirik. Artıq belə səhvlərə yol verə bilmərik.

Əlbəttə, mənim üçün bu, ağır dərs oldu, ancaq komanda olaraq bu həftəsonu vəziyyəti yaxşılaşdırmaq üçün bir neçə imkan gördük və bu, həmişə vacibdir.

Sıralanma turunda sadəcə həddindən artıq çalışdım, yarışda isə startda baş verənləri dərhal dərk etmək çətin idi. Mən nəticə çıxardım. Onları “risk dərsləri” adlandırardım. Amma dəyişməli olduğum heç nə yoxdur – nə özüm, nə də yanaşmam barədə. 17 həftəsonundan 16-da yanaşmam çox yaxşı işləyib. Əgər yaxşı alınan şeylərə fokuslansaq, bu, gələcəkdə də davam edəcək. Heç bir inqilabi dəyişiklik yoxdur. Səhvlər olur.

Xal fərqi? Bilirsiniz, mən çempionatda vəziyyəti izləməkdənsə, daha çox işimə fokuslanıram. Bakıdakı yarış yaxşı dərs oldu.  Birincisi, hər şeyin necə tez dəyişə biləcəyini göstərdi, ikincisi isə bu mövsümü mənim və komandanın uğurlu etməsinə səbəb olan bəzi şeyləri yadımıza saldı. Düşünürəm ki, sadəcə bunlara diqqət yetirsək, çempionatda vəziyyət təbii olaraq qaydasına düşəcək”.

Bunları da oxuyun

Şərh əlavə et