Xəbəri Kokpitdə Oxuyun!

Cadillac Mayami Qran Prisinin rəhbərini transfer edib

Cadillac komandası 2026-cı ildə Formula 1-də debüt etməyə hazırlaşır. Açerikan təmsilçisi hazırlıqları davam etdirir və yeni əməkdaşlar cəlb edir. Onlar Tayler Epp ilə müqavilə imzalandıqlarını açıqlayıblar. Tayler qlobal kommersiya strategiyası şöbəsinin rəhbəri təyin olunub.

Qeyd edək mi, amerikalı mütəxəssis daha əvvəl Mayami Qran Prisinin prezidenti vəzifəsini icra edirdi. Onun rəhbərliyi altında Florida küçə trasında keçirilən yarışın promouterləri ilə Formula 1 arasında 2041-ci ilə qədər müqavilə imzalanmışdı.

Eppin əsas vəzifəsi komanda üçün titullu sponsor tapmaq və mövcud tərəfdaşlar şəbəkəsini genişləndirməkdir. Hazırda Cadillac-ın Tommy Hilfiger və Jim Beam ilə sponsorluq müqavilələri var.

Tayler Epp: “Karyeramın böyük hissəsini avtoyürüşlərə həsr etmişəm, son illərdə isə Amerika avtoidmanını yenidən gücləndirməyə kömək edirəm. ABŞ-da və onun hüdudlarından kənarda idmanımızı inkişaf etdirmək üçün Cadillac komandası ilə əməkdaşlıqdan daha həyəcanverici və perspektivli fürsət təsəvvür edə bilmirəm”.

Cadillac F1-in rəhbəri Den Touris: “Epp Mayami Qran Prisini təqvimin ən vacib tədbirlərindən biri etdi bu da onun liderliyini isbatladı. Ondan yaxşısını tapa bilməzdik”.

Qrem Loudon: “Sıfırdan komanda qurmaq üçün güclü lider olmalısan. Taylerin təcrübəsi və açıqfikirliliyi hədəflərimizi reallaşdırmaqda vacib rol oynayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et