Ədrian Nyuinin keçən ilin sentyabr ayında Aston Martin-ə qoşulması böyük səs-küyə səbəb olmuşdu. 200-dən çox yarış qələbəsində və 25 dünya çempionluğunda imzası olan Nyui, artıq 2026 reqlamentinə görə hazırlanmış ilk Aston Martin maşını AMR26-nın üzərində işləməyə başlayıb.
Yeni texniki qaydalar 50 faiz elektrifikasiyanı, tamamilə sintetik yanacaqları və aktiv aerodinamik sistemləri əhatə edir. Bununla yanaşı Aston Martin komandası 2026-cı ildən etibarən Red Bull-un hazırkı mühərrik təchizatçısı Honda ilə əməkdaşlığa başlayacaq.
“Yaşıllar” bu ilin əvvəlində Nyui-nin Red Bull-dakı keçmiş həmkarlarından olan Jil Vudu da heyətinə qatıb.
Aston Martin-in yeni transferi Nik Roberts isə bu ayın əvvəlində Racing Bulls-dan ayrılıb və bunu “vaxtından əvvəl bitən bir macəra” kimi dəyərləndirib. Onun sosial mediada paylaşdığı yaşıl ürək isə yeni ünvanının Aston Martin olacağına işarə edib.
Məlumata görə, Roberts məcburi məzuniyyət müddəti başa çatdıqdan sonra rəsmi şəkildə Aston Martin-ə qoşulacaq. Onun Racing Bulls-dakı vəzifələrini isə Red Bull Racing-dən gətirilmiş və baş strateq Matye Dyubua ilə birgə işləyəcək Giyom Dyukrö üzərinə götürüb.
Şərh əlavə et