Yaponiyada poulu Banyaya qazanıb

Yaponiyada poulu Banyaya qazanıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Motegi trasında keçirilən MotoGP-nin sıralama sessiyasında poulu Ducati Lenovo komandasının sürücüsü Françesko Banyaya qazanıb.

İtalyan pilot 1:43.018-lik nəticə ilə tras rekordunu qırıb və Honda ilə güclü performans göstərən Xoan Miri cəmi 0.092 saniyə geridə qoyub. Bu nəticə Banyayaya mövsümdə ikinci poulunu gətirib. Mir isə günü ikinci yerdə tamamlayıb.

Çempionluğunu təmin etməyə yaxın olan Mark Markes üçüncü yeri tutub. Təcrübəli Ducati sürücüsü bazar günü çempionluğunu elan etmək üçün yalnız qardaşı Aleks Markesə üstünlük qazanmağa fokuslanacaq. Aleks Markes isə ikinci sessiyaya yüksəlsə də, yarışa 8-ci yerdən başlayacaq.

İkinci cərgədə Pedro Akosta dördüncü, Fabio Kuartararo beşinci, Franko Morbidelli isə altıncı olub.

Keçən il Yaponiya Qran Prisini qazanan Banyaya bu nəticə ilə yenidən yüksəlişə keçib. Ancaq üçüncülük mübarizəsi hələ də  davam edir –Banyaya ilə Aprilia sürücüsü Marko Bezzekki arasında yalnız səkkiz xal fərq qalıb.

Motegidə Ducati son beş yarışı qazanıb. 2019-da Mark Markesin qələbəsindən sonra Cek Miller, Xorxe Martin və Banyaya bu trasda qalib olublar. Bu səbəbdən Ducati bazar günü də ən güclü favorit kimi ön plana çıxıb.

Bunları da oxuyun

Şərh əlavə et