Xəbəri Kokpitdə Oxuyun!

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Azərbaycan Qran Prisində onların sürəti çatmayıb.

Kokpit.az xatırladır ki, fransalı sürücü Bakı Şəhər Halqasındakı yarışı 18-ci yerə bitirib və xalsız qalıb.

Pyerr Qasli: “Çətin gün idi, komandamız üçün uğursuz oldu. Həftəsonu ərzində sürətimiz çatmadı. Bu tras bizim üçün əvvəlki mərhələlərdən də çətin oldu, amma belə bir maşınla xal zonasından bu qədər geridə qalmamalı idik.

Bəzi zəif tərəflərimizi və nəyi yaxşılaşdırmalı olduğumuzu anlayırıq, ancaq Bakıda da heç nə alınmadı, bu isə son yarışlarda tendensiyaya çevrilib.

Hazırda mövsümün əvvəlindəki kimi özümü maşında rahat hiss etmirəm. Əminəm ki, birlikdə oturub işə fokuslanacağıq və artıq növbəti yarışda daha yaxşı nəticə göstərə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et