Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Yarışımız alınmadı

Sauber komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Azərbaycan Qran Prisində yarışı alınmayıb.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü Bakı Şəhər Halqasındakı sıralanma turunda qəza edərək, yarışa 18-ci yerdən başlamalı olub. Veteran sürücü yarışda da yaxşı performans göstərməyib və finişə 16-cı yerdə çatıb.

Niko Hülkenberq: “Azərbaycan yarışında demək olar, heç nə alınmadı. Daim düzgün yerdə və zamanda olmadım və itkilərim oldu. Ən parlaq an restart zamanı 3-cü döngədə uğurlu ikiqat ötmə idi. Lakin sonra uzun müddət Franko Kolapinto və Ləns Strollun arxasında ilişib qaldım. Çox vaxt itirdim və bu, həlledici oldu.

Finişə yaxın temp yaxşı idi, lakin o vaxta qədər yarış bizdən qaçmışdı. Sıralanma turu və ilk dövrələr çox baha başa gəldi. Demək olar ki, qüvvələr nisbətini dəyişmək imkanı yox idi.

Komandamız üçün ən güclü həftəsonu, ancaq bu təcrübədən dərs çıxaracağıq və növbəti dəfə daha yaxşı nəticə göstərməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et