Williams komandasının sürücüsü Aleks Elbon Azərbaycan Qran Prisində 13-cü yerdə finiş edib. O, nəticəsindən məmnun qalmasa da, komanda yoldaşı Karlos Saynsın podiuma yüksəlməsini yüksək qiymətləndirib: “İlk növbədə komandanın və Karlosun möhtəşəm nəticəsini qeyd etmək lazımdır. Buna çoxdan çalışırdıq. Karlos həftəsonunu təmiz keçirdi və maşın sürətli idi – onun podiumda olmasını görmək xoşdur.
Təəssüf ki, şənbə günü sıralanma turundan sonra yarışda əlverişsiz vəziyyətdə idim. Boş trasda sürətim yaxşı idi, ancaq təkərlərin az yeyilməsi səbəbindən hamı DRS qatarında gedirdi və mövqeləri geri qaytarmaq çox çətin oldu.
Sinqapurda bizi tamamilə fərqli tipli tras gözləyir. Bu həftəsonundan öyrəndiklərimizi təhlil edəcəyik. Ümid edirəm, növbəti yarışda çoxlu xal toplaya biləcəyəm”.
Şərh əlavə et