Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Səfər yarışlarına yaxşı başladıq

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, çirkli havaya görə Azərbaycan yarışında podium şansını itirib.

Kokpit.az xatırladır ki, italyan sürücü yarışa dördüncü yerdən başlayıb və yarışı başladığı yerdə bitirib.

Kimi Antonelli: “Corc, Karlos və Maks podiumu qazanmağa layiq idilər. Mən də podiuma ümid edirdim, xüsusən də son hissədə Hard təkərlərdə. Əlimdən gələni etdim və az qala Karlosun arxasında DRS zonasına yaxınlaşmışdım, amma sonra çirkli havada problemlərim başladı.

Bununla belə, dördüncü yer mövsümün çətin Avropa hissəsindən sonra yaxşı nəticədir. Mənə elə bir həftəsonu lazım idi ki, bütün elementləri bir araya gətirə bilim. Təbii ki, bir az məyusluq var, ancaq Sinqapurda daha yaxşı çıxış etməyə çalışacağam.

Əsas odur ki, tempim var idi, baxmayaraq ki, Medium təkərlərdə xeyli vaxt itirdim. Lakin finişdə Corca cəmi beş saniyə  uduzdum. Mənim səhv etməyə haqqım yox idi və dövrəvi vaxtlardakı tempim Montsaya nisbətən xeyli yaxşı oldu”.

Rauf Hacıyev

Şərh əlavə et