Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin komandasının sürücüləri Azərbaycan Qran Prisində uğursuz çıxış edərək xal toplaya bilməyiblər. Nəticədə komanda Mühəndislər Kubokunda 7-ci pilləyə geriləyib.

Kokpit.az xatırladır ki, Fernando Alonso Azərbaycan yarışına 11-ci yerdən başlasa da, startda səhv edərək, beş saniyə zaman cəzası alıb. O, yarışı 15-ci yerdə bitirərək, karyerasında ilk dəfə Azərbaycan Qran Prisində xalsız qalıb. Onun komanda yoldaşı Ləns Stroll isə 17-ci yeri tutub.

Fernando Alonso: “Çətin yarış oldu, insidentlər baş vermədi, sadəcə bizdə lazım olan sürət yox idi.
Startda Oskarın hərəkətinə reaksiya verdim və nəticədə feyk-starta görə cərimələndim. Amma düşünmürəm ki, nəticəyə təsiri olsun. Bu həftəsonu sadəcə kifayət qədər sürətli deyildik.

Ümid edirəm ki, Sinqapurda daha rəqabətədavamlı olarıq və yenidən xallar uğrunda mübarizə aparacağıq”.

Ləns Stroll: “Birinci hissəni Medium təkərlərlə uzatdıq və təhlükəsizlik maşınının trasda görünəcəyinə ümid etdik, amma bu, baş vermədi. Təəssüf ki, seçdiyimiz strategiya imkanlarımızı məhdudlaşdırdı.

İndi irəliyə baxırıq və Sinqapurda daha yaxşı formada olub, uğurlu həftəsonu keçirməyi gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et