A.Stella: Bakıda istədiyimiz kimi olmadıq

A.Stella: Bakıda istədiyimiz kimi olmadıq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının rəhbəri Andrea Stella Bakıda keçirilən yarış həftəsonunu dəyərləndirərək bildirib ki, bu, onların mövsümdəki ən uğursuz çıxışı olub. O, problemlərin hələ şənbə günündən başladığını xatırladıb.

Kokpit.az xatırladır ki, “narıncılar” sıralanma turunda Lando Norrislə yeddinci, Oskar Piastri ilə doqquzuncu olublar. Yarışda isə Norris yenə yeddinci olduğu halda, Piastri ilk dövrədə qəza edərək,  mübarizəni vaxtından əvvəl dayandırıb.

Andrea Stella: “Ümumilikdə çətin həftəsonu idi. Şənbə günü sıralanma turunda yaxşı nəticə göstərmədik, yarışda isə heç nəyi düzəldə bilmədik. Əslində isə hər şey daha da pisləşdi, çünki Oskar qəzaya düşdü.

Onun yarışda buraxdığı səhvlər Oskar üçün tamamilə qeyri-adi idi. Ümid edirik ki, bütün bunlar yalnız bu həftəsonuna təsadüf etdi və mövsümün qalan hissəsi normal keçəcək. Piastrini ən sabit sürücülərdən biri hesab etmək olardı və inanıram ki, bu, sadəcə, istisna hal olaraq qalacaq.

Landonun yarışı barədə desəm, biz ona pelotonu yarıb irəliləməyə imkan verəcək qədər sürətli maşın təqdim edə bilmədik. O, bütün günü tıxacda keçirdi. Daha yaxşı işləyə bilərdik və işləməli idik. Bu, bizim üçün faydalı dərs oldu. İndi yenidən toparlanıb Sinqapur mərhələsinə yaxşı hazırlaşmalıyıq.

Mənim üçün ən əsas nəticə odur ki, maşınımız kifayət qədər sürətli deyildi. Əgər sürətli olsaydı, düşünürəm ki, ötmələr edə bilərdik. Norrisin sərbəst trasda getmək imkanı olsaydı, MCL39-un bütün sürət potensialını göstərə bilərdi”.

Bunları da oxuyun

Şərh əlavə et