L.Həmilton: Bakıya uyğun yarış olmadı

L.Həmilton: Bakıya uyğun yarış olmadı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası Azərbaycan Qran Prisinə ümidlə gəlsə də, yarış nəticəsi uğursuz alındı. Lyuis Həmilton 8-ci, Şarl Lekler isə 9-cu yerdə finiş gördü. Bununla da, italyan təmsilçisi mövsümün sonuna 7 yarış qalmış Mühəndislər Kubokunda Mercedes komandasının gerisinə düşüblər.

Yarışın gedişində Ferrari strateqləri Leklerdən Həmiltona yol verməsini istəyiblər. Bunun səbəbi isə britaniyalı sürücünün daha təzə təkərlərlə Lando Norrisə hücum şansı olub. Amma Həmilton yerlisini keçə bilməyib. Son dövrədə isə komanda Həmiltondan mövqeyi qaytarmasını xahiş edib. Yeddiqat Dünya Çempionu son düzlükdə sürəti azaltsa da, Lekler kifayət qədər yaxın olmayıb və onlar mövqeləri dəyişmədən finiş xəttinə çatıblar.

Lyuis Həmilton: “Əhvalım yaxşı deyil, çünki biz bu yarışda yavaş idik. Nəticə məyusedicidir. Ola bilsin, ikinci sərbəst yürüşdən sonra nikbin olduğum üçün bu məyusluq əmələ gəlib.  Maşında özümü rahat hiss edirdim, amma sazlamalar üçün səhv istiqamət seçdik.

Yarış tempimiz önümüzdəki rəqiblərdən geri qaldı. Bu trasda sıralanma nəticəsinin nə qədər vacib olduğunu Williams nümunəsi aydın göstərdi – onları təbrik edirəm.

Startda 12-ci idim, nəticədə bir neçə mövqe irəlilədim, amma finişdəki yerim mənim üçün elə də önəmli deyil. Hamısını təhlil edib daha yaxşı nə edə biləcəyimizi anlayacağıq. Dediyim kimi, əməliyyat baxımından daha düzgün işləməliyik.

Bu yarışda ötmə çox çətin idi. Bakı üçün qeyri-adi yarış oldu – həm ötmək, həm də rəqibləri sıx təqib etmək demək olar ki, mümkün deyildi. Məyusam ki, buradan əliboş qayıdıram”.

 

Bunları da oxuyun

Şərh əlavə et