Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Azərbaycandakı sıralanma turunda qəza edib və yarışa doqquzuncu yerdən baçlayıb. Lakin o, əvvəlcə start zamanı səhv edərək, sonuncu yerlərə düşüb. Sonra isə ilk dövrənin sonlarında bariyerlərə çırpılaraq, mübarizəni dayandırıb.
Oskar Piastri: “Şübhəsiz ki, bu mənim ən yaxşı günüm deyildi. Sadəcə, startı çox gözlədim və buna görə də axmaq səhv etdim. Qəzaya gəlincə, maşına küləyin təsirini qabaqcadan görməli idim, amma etmədim. Açıq şəkildə həmin döngəyə çox yüksək sürətlə daxil oldum – vəssalam.
Asfaltla ilişmə çox aşağı idi, ancaq bunu bilməli idim. Buna görə də baş verənlərdə yalnız özümü günahlandırıram. Vəziyyəti düzgün qiymətləndirmədim – təbii ki, bu, məyusedicidir.
Cümə günü çətinliklərimiz vardı, lakin şənbə günü hər şey yaxşı alına bilərdi. Nəzəri cəhətdən imkan vardı, amma praktikada yaxşı dövrəni bir yerə toplaya bilmədim. Yarışda ard-arda axmaq səhvlər etdim. Həftəsonu çətin keçdi, bu, dəqiqdir. Amma əgər mən yavaş olsaydım, toparlanmağa çalışsaydım və səhvləri buna görə etsəydim, daha çox məyus olardım.
Bu hadisələr vəziyyəti yanlış qiymətləndirdiyim üçün baş verdi. Əlbəttə, heç vaxt belə vəziyyətdə olmaq istəmirsən, amma daha çox mexaniklərə görə narahatam – bu həftəsonu onlara çox iş verdim. Çempionatdakı üstünlüyüm azaldı, lakin hazırda bu məni çox narahat etmir. Mən yalnız öz işimə, daha yaxşı çıxış etmək üçün nə edə biləcəyimə fokuslanmışam.
Mövsümün sonuna hələ çox var. Həftəsonları müxtəlif keçir: bəziləri yaxşı, bəziləri pis. Çempionatda mübarizə davam edir və bu, mənim üçün ən vacibidir”.
Şərh əlavə et