Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Uğurlu yarış idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bakı yarışı onlar üçün uğurlu alınıb

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Azərbaycan Qran Prisində inamla qələbə qazanıb. Bu, onun karyerasındakı 67-ci qələbəsi olub.

Maks Ferstappen: “Bütün qələbələr bir-birindən fərqlənir, amma bu həftəsonu bizim üçün inanılmaz dərəcədə uğurlu alındı. Təbii ki, Montsada da hər şey yaxşı getmişdi, amma Bakıda yenidən qələbə qazanmağımız üçün  çox şadam.

Maşın bu gün hər iki təkər tərkibində mükəmməl işlədi. Biz daim boş trasda gedirdik və bu da təkərlərin yeyilməsinə nəzarət etməyə imkan verdi. Ümumilikdə hadisələr kifayət qədər sadə şəkildə inkişaf etdi. Bu gün güclü külək əsirdi, buna görə də maşını idarə etmək asan olmadı. Külək maşına təsir edirdi və onu tras üzərində kənara çəkirdi.

Nəticədən çox razıyam. Düşünürəm ki, yarış ərzində boyu həmişə bir qədər ehtiyatlı olmaq lazımdır. Bu gün əsas məsələ bir pit-stoplu taktikanı düzgün reallaşdırmaq idi, ona görə də hamı müəyyən qədər ehtiyatlı davrandı. Üstəlik, yarışda istifadə olunan təkər tərkibi ilə həftəsonunun əvvəlində çox işləməmişdik. Təbii ki, təhlükəsizlik maşınının yalnız bir dəfə trasda görünməsinə də sevinirəm.

Qalan yarışlarda bu səviyyədə qala biləcəyimizi demək çətindir, xüsusən də Sinqapurda bizi tamam başqa tip sınaq gözləyir. Orada tras yüksək aerodinamik yüklənmə tələb edir. Amma görək, mövsümün növbəti mərhələsində nəyə nail ola biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et