Kokpit.az xatırladır ki, “gümüşü oxlar”ın sürücüləri Kimi Antonelli və Corc Rassell bugünkü Azərbaycan yarışına müvafiq olaraq 4 və 5-ci yerdən başlayacaqlar.
Toto Volff: “Çətin sıralanma idi və nəticəyə görə bir qədər məyusuq. Bəzi yaxın rəqiblərimiz mübarizədən kənarda qaldılar, amma biz bundan tam istifadə edə bilmədik.
Final sessiyasında sürücülərə fərqli təkərlər verməyi qərara aldıq, amma nəticədə heç biri onlardan maksimumu ala bilmədi. Təəssüf doğurur, ancaq 4-cü və 5-ci yerlər Kimi və Corca yarışda yüksək nəticə uğrunda mübarizə aparmaq üçün yaxşı imkan verir.
Xallar bazar günü verilir, qabağa qaçmaq istəmirəm, amma bu həftəsonu Kiminin çıxışını görmək xoşdur. O, təmiz sürdü və digərlərinin çətinlik yaşadığı sessiyada soyuqqanlılığını qorudu. Corc isə xəstəliklə mübarizə aparsa da, yaxşı nəticələr göstərməyə davam etdi. Bu, onun xarakterinə uyğundur – o, özünü necə hiss etməsindən asılı olmayaraq, yarışı yaxşı nəticə ilə başa vurmaq əzmindədir”.
Şərh əlavə et