Təsnifat mərhələsindən sonra aparılan yoxlama zamanı məlum olub ki, Haas VF-25 maşınının arxa qanadının planı sol tərəfdə 0,6 millimetr, sağ tərəfdə isə 0,825 millimetr əyilir. Halbuki reqlamentə görə icazə verilən hədd 0,5 millimetrdən çox olmamalıdır.
Haas komandasının nümayəndələri pozuntunu etiraf edərək, bunu həmin detalın istehsalı ilə bağlı problemlərlə izah ediblər.
Esteban Ocon isə yarışa yeni arxa qanadla start ala biləcək.
Şərh əlavə et