O.Piastri: İrəliləməyə gücüm var

O.Piastri: İrəliləməyə gücüm var
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, əyləcə gec basdığı üçün qəza edib. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Bakıdakı sıralanma turunun son sessiyasında qəza edərək, yekunda 9-cu yeri tutub.

Oskar Piastri: “Sadəcə lazım olduğundan bir az gec əyləclədiyimi düşünürəm. Hələlik heç bir məlumat görməmişəm, amma adətən təkərləri blokladıqda belə hallar baş verir. Təbii ki, çox məyusam.

Maşın yaxşı təsir bağışlayırdı, ona görə də hər şeyin bu cür bitməsi təəssüf doğurur. İlk iki döngəni normal keçdim, amma sonra nə baş verdiyini bilmirəm – ya mən çox sıxdım, ya da yağışın təsiri idi.

Artıq pitdən çıxış dövrəsində bəzi döngələri keçməyin çətin olduğunu hiss edirdim,  ancaq üçüncü döngənin elə olduğunu dəqiq deyə bilmərəm. Nə olursa-olsun, hər şeyi başa düşməliyəm. Düşünürəm ki, bir az çox risk etdim və bunun cəzasını çəkdim.

Sabah nə olacağını görəcəyik. Qələbə uğrunda mübarizə aparmaöın real olduğunu düşünmürəm, amma daha yüksək mövqelərə qalxmaq gücümüz var. Maşın bütün həftəsonu sürətli idi və ümid edirəm ki, biz bundan maksimum yararlana biləcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et