Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bakıda risk almaq lazımdır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, poul üçün mübarizə aparmaq şansları olmayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bakıda xaotik keçən sıralanma turunda yeddinci yeri tutub.

Lando Norris: “Poul üçün mübarizə apara biləcəyimizi düşünmürdük. 15-ci döngədə divara toxundum, amma bunun nəticəyə nə dərəcədə təsir etdiyini bilmirəm. Hələ telemetriya məlumatlarını görməmişəm, ona görə də nə qədər vaxt itirdiyimi dəqiq deyə bilmirəm. Ola bilsin, 0.2 saniyə. Bu da iki mövqe deməkdir, ancaq Maksla aramızdakı fərq bir saniyədən artıq fərq var.

Düşünürəm ki, səhv etdim. Pit yolundan  çıxan ilk mən oldum. Əslində bu qərar səhv də ola bilməzdi – əgər arxamda sarı və ya qırmızı bayraqlar çıxsaydı, onda qəhrəman biz olacaqdıq, digərləri isə uğursuz. Amma indi vəziyyət əksinə oldu: mən uğursuz oldum, rəqiblər qəhrəman. Bu trasda risk etmək lazımdır, bəzən bunun cəzası ağır olur.

Hər halda məyus olmuşam. Məncə, arxamdan gələnlərin hamısının asfaltla ilişməsi daha yaxşı idi. Hamısı da bizim işləməyən qərarımıza görə baş verdi. Amma biz hər şeyi təhlil edəcəyik və növbəti dəfə daha düzgün addım atmağa çalışacağıq”.

 

Rauf Hacıyev

Şərh əlavə et