L.Louson: Sabah vacib gündür

L.Louson: Sabah vacib gündür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Racing Bulls komandasının sürücüsü Liam Louson bildirib ki, onlar əsas diqqətlərini öz rəqiblərinə yönləndirəcəklər.

Yeni zelandiyalı sürücü Azərbaycan Qran Prisində sıralanma turunu üçüncü yerdə başa vurub. Bu nəticə Racing Bulls pilotu üçün karyerasının ən yaxşı göstəricisi olub. O etiraf edib ki, bazar günü onu çətin yarış gözləyir.

Liam Louson: “Düzünü desəm, sıralanma turunda baş verənlərin hamısını xatırlamıram. Mən demişdim ki, sıralanma maraqlı olacaq, amma hər şeyin bu cür alınacağını gözləmirdim.

Maşın bütün həftəsonu sürətli idi, buna görə də komandanın möhtəşəm işinə görə hamıya böyük təşəkkür edirəm. Ancaq sabah ən vacib gün bizi gözləyir.

Vizorda yağış damcılarını və yaş asfaltın parıltısını görəndə idarə etmək çətin olur. Amma təkərlər hələ isti olduğuna görə ilişmə qalır. Buna görə də özünü ələ almalı, tempi aşağı salmamalı və hücumu davam etdirməlisən.

Yarış çox çətin olacaq. Mənim əla start mövqeyim var, amma biz kimin əsas rəqib olduğunu bilirik və diqqətimizi məhz onlara yönəldəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et