Azərbaycan F2 – Dörd sürücü cərimələnib

Azərbaycan F2 – Dörd sürücü cərimələnib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Dünənki Formula 2 sıralanma turu bir neçə dəfə qəzalara görə qırmızı bayraqlarla dayandırılıb və günahkar pilotlara cəzalar verilib.

Əvvəlcə Amori Kordilin ən yaxşı nəticəsi ləğv edilib – stüardlar hesab etdilər ki, Rodin Motorsport sürücüsü 13-cü döngədə səhv edərək, qırmızı bayraqların yeganə səbəbi olub. Nəticədə bir neçə sürücü öz sürətli dövrəsini yarımçıq saxlamalı qalıb. Belçikalı pilotun hadisəsi Formula 2-nin İdman Reqlamentinin 33.5-ci maddəsinin pozuntusu kimi qiymətləndirilib.

Stüardların bu qərarından sonra Kordilin nəticəsi poul vaxtından hesablanan 107 faiz limitindən zəif olsa da, ona həm sprint, həm də əsas yarışın startına çıxmağa icazə verilib. Amma o, hər iki yarışa sonuncu yerdən başlayacaq.

İkinci cəza ART komandasının sürücüsü Viktor Martenə veriib. 24 yaşlı fransız pilot  3-cü döngədə idarəetməni itirərək, qəza törədib və qırmızı bayraqların səbəbkarı olub. Nəticədə onun da ən yaxşı nəticəsi silinib. Marten cümə sessiyasını 4-cü yerdə başa vurmuşdu, amma cəzadan sonra 13-cü sıraya geriləyib və yarışlara da həmin mövqedən start verəcək.

Rоman Stanekin (Invicta Racing) insidenti daha ciddi nəticələrə səbəb olub. O, 1-ci döngədə trasdan çıxaraq geri qayıdarkən Van Amersfoort Racing sürücüsü Con Bennettlə toqquşub. Sessiya qırmızı bayraqla dayandırılıb və bir daha bərpa olunmayıb. Çex sürücünün ən yaxşı nəticəsi ləğv edilib. Beləliklə o, 9-cu yerdən 12-ci yerə geriləyib. Bundan əlavə, o, hər iki yarışın startında  beş yer itirəcək və yarışlara 17-ci yerdən başlayacaq.

Dördüncü cəza isə AIX Racing komsandasının sürücüsü, paraqvaylı Coşua Dürksenə verilib. O, trasdan kənara çıxaraq, təhlükəli şəkildə geri qayıdıb və Trident komandasının debütantı Lorens van Höpenə mane olub. Lakin hadisə sarı bayraq zonasında baş verdiyi üçün sürətlər yüksək deyildi, bu da yüngülləşdirici hal kimi qiymətləndirilib. Nəticədə Dürksen yalnız bir start yeri itirib və hər iki yarışa 15-ci yerdən başlayacaq.

Bunları da oxuyun

Şərh əlavə et