Kokpit.az xatırladır ki, monakolu sürücü Azərbaycandakı cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.
Şarl Lekler: “Düşünürəm ki, bu həftəsonu daha yüksək nəticəyə ümid edə bilərik. Cümə günü pis çıxış etmədim, amma maşından daha çox şey almaq istəyirəm. Görünür, rəqiblərimiz çox güclüdür və bugünkü sıralanma turunda sürprizlər mümkündür.
Amma bu trasda hər şey ola bilər, ona görə bu gün kartların necə paylanacağını görəcəyik. Sıralanma turunda yaxşı start mövqeyi uğrunda mübarizə aparmağa çalışacağıq.
McLaren isə başqa dünyada idi. Landonun tamamlaya bilmədiyi yaxşı dövrələri var idi. Buna görə də onlarla mübarizə aparmaq çətin məsələdir. Digər rəqiblərimizə nisbətdə isə daha yaxşı yerdəyik.
Hazırda qələbə mübarizəsi çətindir, lakin heç vaxt əsla demək olmaz. Ancaq McLaren-in tempini qəbul etmək lazımdır.
Şərh əlavə et