S.Berra: Bakı trasının inkişafı təkərlərə təsir edir

S.Berra: Bakı trasının inkişafı təkərlərə təsir edir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli-nin baş mühəndisi Simone Berra bildirib ki, cümə günü fərqli keçib.

Bu mövsümdə debüt edən ən yumşaq C6 tərkibi mövsüm ərzində nadir hallarda istifadə olunmuşdu, lakin cümə günü Bakıda ən çox tələb olunan təkər oldu – sürücülər məsafənin 77 faizindən çoxunu məhz bu təkərlə qət etdilər. Beləliklə, bu gün sürücülərə sıralanma turunda seçim azadlığı təmin edir, çünki onlar Medium təkərləri ehtiyatda saxlaya bildilər.

Simone Berra, Pirelli-nin baş mühəndisi: “Cümə adi günlərdən bir qədər fərqli keçdi, görünür, bizi təkərlərin istifadəsi baxımından qeyri-adi bir həftəsonu gözləyir.

Biz Bakıya ən yumşaq tərkibləri gətirmişik, o cümlədən yalnız İmola, Monako və Monrealda istifadə edilən C6 tərkibini. Gözlənildiyi kimi, C6 bir qədər yüksək ilişmə səviyyəsi təmin etdi, amma daha dar işləmə diapazonunda… Əvvəlki kimi, bəzi sürücülərin rəyləri göstərir ki, C5 ilanvari hissələrdə daha sabitdir və sıralanma üçün üstün seçim ola bilər. Buna görə də təəccüblü deyil ki, cümə günü məsafənin böyük hissəsi C6 təkərlərinin payına düşdü. Maraqlıdır, komanda və sürücülər şənbə sərbəst yürüşlərindən sonra sıralanma turu üçün hansı yanaşmanı seçəcəklər.

Bundan əlavə, qeyd etmək lazımdır ki, trasın vəziyyəti əvvəlki illərlə müqayisədə açıq-aşkar yaxşılaşıb. Bu da son günlər təşkilatçıların asfalt örtüyünü yüksək təzyiqli su şırnaqları ilə təmizləməsinin nəticəsidir. Daha aşağı temperaturla birlikdə bu amil həm 2024-cü illə müqayisədə daha yaxşı dövrəvi nəticələri, həm də sessiyalar ərzində trasın inkişafını izah edir. Bundan başqa, bütün üç tərkibdə heç bir dənlənmənin müşahidə olunmadığını da bildirə bilərik”.

Bunları da oxuyun

Şərh əlavə et