Xəbəri Kokpitdə Oxuyun!

Alpine-nin 2026-cı il üçün seçimi iki namizədə qədər daralıb

Təzə müsahibəsində Alpine komandasının rəhbər müavini Flavio Briatore 2026-cı ildə Pyer Qaslinin komanda yoldaşı kimi düşündüyü iki pilotun adını çəkib.

Məlum olub ki, Flavio yalnız Franko Kolapinto və Pol Aron arasında seçim edir, başqa namizədləri nəzərdən keçirmir.

Flavio Briatore: “Seçim Franko ilə Pol arasındadır. Pol təkcə xoşagəlimli gənc deyil, həm də çox sürətli pilotdur. Mən anlamalıyam ki, onların hansı komanda üçün ən yaxşı seçim olacaq.

Demək istəyirəm ki, başqa heç kim məni maraqlandırmır. Əvvəllər insanlar məni şikayətləri ilə dəli edirdilər, çünki mən pelotonun yarısının karyerasını idarə edirdim. İndi isə heç kimin meneceri deyiləm.

Məni heç nə maraqlandırmır. Məni yalnız ən yaxşı mövcud pilotu sükan arxasına əyləşdirmək imkanı maraqlandırır, hansı ki, bizim üçün işi əla görəcək. Hər şey sadədir.

Qərar vermək üçün mənə hələ bir və ya iki yarış lazımdır. Amma bu gün bu ikisindən kimi seçəcəyimi bilmirəm”.

Elçin Zodorov

Şərh əlavə et