Xəbəri Kokpitdə Oxuyun!

Q.Bortoleto: Altıncılıq mümkündür

Sauber komandasının sürücüsü Qabriel Bortoleto bildirib ki, onlar Mühəndislər Kubokunda 6-cı yeri tuta bilərlər

Mövsümün sonuna səkkiz yarış qalmış Sauber Mühəndiskər kubokunda səkkizinci yeri tutur, amma altıncı pillədəki Aston Martin-dən cəmi 7 xal geri qalır.

Qabriel Bortoleto komandasının bu fərqi azaltmağa gücü çatacağına inanır: “Bakı mövsümün ən çətin traslarından biridir, çünki şəhər trekidir və burada aşağı asfaltayatma qüvvəsinə uyğun sazlamalara ehtiyac var. Ümid edirəm ki, son yarışlarda olduğu kimi, burada da mövqelər uğrunda mübarizə apara biləcəyik. Xal uğrunda döyüşmək xoş hissdir, çünki belə nəticələr həm komandaya, həm də mənə inam qazandırır.

Əgər işimizi düzgün görsək, göstərməli olduğumuz nəticələri də ortaya qoya biləcəyik. Trasda vacib olan odur ki, maşından maksimumu sıxasan və əlinizdən gələni edəsən.

Ümid edirəm ki, biz də bütün potensialımızı ortaya qoya biləcəyik və ilin sonunda Mühəndislər Kubokunda altıncı yer uğrunda mübarizə aparacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et